19 noyabr 2026, cümə axşamı ☁️ +10°C Naxçıvan · Buludlu
Xəbər Portalı
Son xəbər
07:44PARŞ: "Azərbaycan yerli və regional səviyyədə sosial dialoqun təşkilində öncül ölkələrdəndir" 07:40Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq 07:36Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib 05:38Gözəllik salonu açmaq istəyənləri aldatdı - 540 minlik dələduzluq 17:27Azərbaycan şikrəti "Ermitaj"ın sahibi oldu 11:02Qardaşlığı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları 11:0023 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar 10:11Mərkəzi Bankın keçmiş binasının yeni icarədarı bilindi 09:54Şimali Koreya hakimiyyəti Trampın məktublarını qəbul etməyib 18:51Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər – Onların acı taleyi 07:44PARŞ: "Azərbaycan yerli və regional səviyyədə sosial dialoqun təşkilində öncül ölkələrdəndir" 07:40Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq 07:36Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib 05:38Gözəllik salonu açmaq istəyənləri aldatdı - 540 minlik dələduzluq 17:27Azərbaycan şikrəti "Ermitaj"ın sahibi oldu 11:02Qardaşlığı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları 11:0023 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar 10:11Mərkəzi Bankın keçmiş binasının yeni icarədarı bilindi 09:54Şimali Koreya hakimiyyəti Trampın məktublarını qəbul etməyib 18:51Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər – Onların acı taleyi
Ana səhifə › Digər
Digər

PARŞ: "Azərbaycan yerli və regional səviyyədə sosial dialoqun təşkilində öncül ölkələrdəndir"

Belçikanın paytaxtı Brüssel şəhərində Pan-Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti də iştirak edib.

PARŞ-nin baş katibi Ester Linç gündəlikdə duran məsələləri diqqətə çatdırıb, təşkilatın fəaliyyəti və qarşıdakı dövr üçün prioritetləri barədə məlumat verib.

Tədbirdə PARŞ-nin 2027-ci il üzrə Fəaliyyət Planı, Baş Assambleyasına hazırlıq, Qadınlar və Gənclər komitələrinin hesabatları və maliyyə məsələləri nəzərdən keçirilib. Həmçinin AHİK-in sosial dialoq üzrə sorğusunun nəticələri, 2027-ci il üzrə gündəliyi və növbəti qurultaya hazırlığın gedişi müzakirə olunub.

Azərbaycanın yerli və regional səviyyədə sosial dialoqun təşkilində öncül ölkələrdən olduğu diqqətə çatdırılıb.

AHİK-in sədri Sahib Məmmədov çıxışında ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən əmək hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verib.

Azərbaycan həmkarlar ittifaqları tərəfindən bu istiqamətdə reallaşdırılan tədbirlər barədə danışan konfederasiya sədri beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib, yeni çağırışlar fonunda ölkələrin həmkarlar ittifaqları arasında əlaqələrin gücləndirilməsinin, birgə yanaşmaların formalaşdırılmasının və qabaqcıl təcrübələrin tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.

Çıxışda beynəlxalq əmək standartlarının, o cümlədən BƏT-in konvensiyalarının tələblərinin milli qanunvericilikdə nəzərə alınmasının, qadınların və gənclərin həmkarlar ittifaqlarının fəaliyyətində, kollektiv danışıqlarda və qərarların qəbulunda fəallığının artırılmasının önəmi vurğulanıb.

İclasda gündəlikdəki məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.

Səfər çərçivəsində PARŞ-nin baş katibi və bir sıra ölkələrin həmkarlar ittifaqları təşkilatları ilə görüşlər nəzərdə tutulub.

Rəylər (0)

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.

Rəy yaz

Web hosting by Somee.com