Gözəllik salonu açmaq istəyənləri aldatdı - 540 minlik dələduzluq

Özünü imkanlı iş adamı kimi qələmə verən qadın biznes qurmaq vədi ilə 13 nəfərin etibarından sui-istifadə edərək onlara 540 min manatdan çox maddi ziyan vurub.
Oxu.Az-ın məlumatına görə, Sumqayıt şəhərində dələduzluq əməlləri törədən Aygün Məmmədzadə həbs edilib.
A.Məmmədzadə əsasən gəlirli qadın gözəllik salonları açmaq və həmin obyektləri avadanlıqlarla təmin etmək istəyən şəxslərə sərfəli biznes təklifləri verib. Bu vədlərlə onların pul vəsaitlərini və qızıl-zinət əşyalarını ələ keçirib.
Bundan başqa, qadının bir nəfərə məxsus mənzili mülkiyyətçinin etibarından sui-istifadə edərək başqa şəxsin adına keçirdiyi də müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırma davam etdirilir.
Rəylər (0)
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.