19 noyabr 2026, cümə axşamı ☁️ +10°C Naxçıvan · Buludlu
Xəbər Portalı
Son xəbər
07:44PARŞ: "Azərbaycan yerli və regional səviyyədə sosial dialoqun təşkilində öncül ölkələrdəndir" 07:40Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq 07:36Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib 05:38Gözəllik salonu açmaq istəyənləri aldatdı - 540 minlik dələduzluq 17:27Azərbaycan şikrəti "Ermitaj"ın sahibi oldu 11:02Qardaşlığı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları 11:0023 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar 10:11Mərkəzi Bankın keçmiş binasının yeni icarədarı bilindi 09:54Şimali Koreya hakimiyyəti Trampın məktublarını qəbul etməyib 18:51Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər – Onların acı taleyi 07:44PARŞ: "Azərbaycan yerli və regional səviyyədə sosial dialoqun təşkilində öncül ölkələrdəndir" 07:40Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq 07:36Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib 05:38Gözəllik salonu açmaq istəyənləri aldatdı - 540 minlik dələduzluq 17:27Azərbaycan şikrəti "Ermitaj"ın sahibi oldu 11:02Qardaşlığı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları 11:0023 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar 10:11Mərkəzi Bankın keçmiş binasının yeni icarədarı bilindi 09:54Şimali Koreya hakimiyyəti Trampın məktublarını qəbul etməyib 18:51Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər – Onların acı taleyi
Ana səhifə › Dünya
Dünya

Yadplanetlilərin cəsədləri və... Uçan naməlum obyektlərlə bağlı yeni sənədlər AÇIQLANDI

Pentaqon naməlum uçan obyektlərlə (UNO) bağlı məxfiliyi aradan qaldırılmış yeni sənədlər yayımlayıb. 

OXU.AZ  xarici mediaya istinadən xəbər verir ki, sənədlər arasında 1947-ci ildə ABŞ-nin Rozuell şəhəri yaxınlığında baş vermiş müəmmalı hadisədən sonra yadplanetlilərə məxsus olduğu ehtimal edilən uçuş aparatının və insan mənşəli olmayan varlıqların cəsədlərinin aşkar edilməsi barədə amerikalı hərbçinin ifadələri də yer alır.

Şahidin sözlərinə görə, qəzadan sonra tapılan qalıqlar və cəsədlər ciddi mühafizə olunan anqara aparılıb.

Hərbçiyə isə yumurta formasında olan qeyri-adi aparatı yaxından görməyə icazə verilib.

Hərbçi müəmmalı aparat və cəsədlər barədə nə danışıb?

Açıqlanan sənəddə adı gizlədilmiş amerikalı hərbi zabitin ifadələri yer alır. Məlumata görə, həmin şəxsin 2005-ci ildə vəfat etmiş, Rozuelldəki ABŞ Hərbi Hava Qüvvələri bazasının keçmiş mətbuat katibi Uolter Haut olduğu ehtimal edilir.

Haut ifadəsində bildirib ki, 1947-ci ilin iyul ayının əvvəllərində ABŞ hərbçiləri Nyu-Meksiko ştatında qeyri-adi uçuş aparatı və bir neçə cəsəd aşkar ediblər.

Onun iddiasına görə, tapıntılar sonradan “84-cü bina” və ya “P-3 anqarı” kimi tanınan, ciddi mühafizə olunan əraziyə aparılıb.

Şahidin təsvirinə əsasən, aparat yumurta formasında olub. Onun uzunluğu təxminən 3,6–4,5 metr, eni isə 1,8 metr təşkil edib.

Obyektin üzərində pəncərə, qanad, quyruq və eniş şassisi olmayıb. Aparatın səthi nazik, lakin olduqca möhkəm metalı xatırladıb.

“Mən şəxsən gördüklərimin kosmosdan gəlmiş hansısa aparat və onun ekipajı olduğuna əminəm”, – şahid 2002-ci ildə verdiyi ifadəsində bildirib.

Yadplanetlilərin cəsədləri necə təsvir edilib?

Hautun sözlərinə görə, aşkar edilən cəsədlər brezent örtüyün altında saxlanılıb.

O iddia edib ki, örtüyün altından varlıqların başlarını görə bilib. Onların başları bədənlərinə nisbətən qeyri-mütənasib dərəcədə böyük görünüb.

Şahidin təsvirinə əsasən, həmin varlıqların bədən ölçüləri təxminən 10 yaşlı uşaqların bədən quruluşunu xatırladıb. Onların boyu isə təxminən 1,2 metr olub.

Bununla belə, açıqlanan sənəddə sözügedən cəsədlərin həqiqətən yadplanetlilərə məxsus olduğunu təsdiqləyən müstəqil elmi sübutlar təqdim edilmir.

Həmçinin qalıqların anqara aparıldıqdan sonra hansı şəraitdə saxlanıldığı və sonrakı taleyi barədə məlumat verilmir.

1947-ci ildə Rozuelldə nə baş verib?

Sənəddə təsvir edilən hadisə 1947-ci ildə baş vermiş məşhur Rozuell insidenti ilə əlaqələndirilir. Bu hadisə naməlum uçan obyektlərlə bağlı araşdırmalar tarixinin ən çox müzakirə olunan müəmmalarından biridir.

1947-ci il iyulun 8-də ABŞ hərbçiləri Nyu-Meksiko ştatının Rozuell şəhəri yaxınlığında “uçan disk” aşkar etdiklərini açıqlayıblar.

Lakin qısa müddət sonra hadisə ilə bağlı rəsmi məlumat dəyişdirilib. ABŞ rəsmiləri tapılan qalıqların əslində meteoroloji hava şarına məxsus olduğunu bildiriblər.

Sonrakı illərdə Rozuell hadisəsi ətrafında çoxsaylı fərziyyələr və sui-qəsd nəzəriyyələri ortaya çıxıb. Bəzi şəxslər ABŞ hökumətinin yadplanetlilərə məxsus uçuş aparatını və onun ekipajını gizlətdiyini iddia ediblər.

Bununla belə, həmin iddiaları təsdiqləyən etibarlı elmi sübutlar indiyədək ortaya qoyulmayıb.

Rəylər (0)

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.

Rəy yaz

Web hosting by Somee.com