19 noyabr 2026, cümə axşamı ☁️ +10°C Naxçıvan · Buludlu
Xəbər Portalı
Son xəbər
07:44PARŞ: "Azərbaycan yerli və regional səviyyədə sosial dialoqun təşkilində öncül ölkələrdəndir" 07:40Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq 07:36Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib 05:38Gözəllik salonu açmaq istəyənləri aldatdı - 540 minlik dələduzluq 17:27Azərbaycan şikrəti "Ermitaj"ın sahibi oldu 11:02Qardaşlığı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları 11:0023 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar 10:11Mərkəzi Bankın keçmiş binasının yeni icarədarı bilindi 09:54Şimali Koreya hakimiyyəti Trampın məktublarını qəbul etməyib 18:51Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər – Onların acı taleyi 07:44PARŞ: "Azərbaycan yerli və regional səviyyədə sosial dialoqun təşkilində öncül ölkələrdəndir" 07:40Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq 07:36Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib 05:38Gözəllik salonu açmaq istəyənləri aldatdı - 540 minlik dələduzluq 17:27Azərbaycan şikrəti "Ermitaj"ın sahibi oldu 11:02Qardaşlığı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları 11:0023 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar 10:11Mərkəzi Bankın keçmiş binasının yeni icarədarı bilindi 09:54Şimali Koreya hakimiyyəti Trampın məktublarını qəbul etməyib 18:51Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər – Onların acı taleyi
Ana səhifə › Cəmiyyət
Cəmiyyət

Putinin əfsanəvi tərcüməçisi Aleksey Sadıkov kimdir? - Dosye

Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov sosial şəbəkələrdə gündəmə gəlib.

Onun populyarlığı noyabrın 12-də Kremldə Putinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü zamanı tərcüməçilik etməsindən sonra artıb.

Görüşün görüntülərinin sosial şəbəkələrdə yayılan hissəsi qısa zamanda çoxsaylı baxış və müsbət rəylər toplayıb. İstifadəçilər Sadıkovun ingilis dilini, dəqiq tərcüməsini, intonasiyasını və jestlərini yüksək qiymətləndiriblər.

Bəzi sosial şəbəkə istifadəçiləri onu peşəkarlıq nümunəsi adlandırıb, hətta Zelenski ilə danışıqlarda da tərcüməçi kimi iştirak etməsini təklif ediblər.

Hətta bir müddət əvvəl ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkovu "əfsanə" adlandırıb.

Oxu.Az Aleksey Sadıkovun dosyesini təqdim edir:

Aleksey Sadıkov Rusiya Prezidenti Vladimir Putinin yüksəksəviyyəli danışıqlar zamanı əsas şəxsi tərcüməçilərindən biridir. O, ingilis, ispan dillərində danışır, ölkə rəhbərliyinin çıxışları və danışıqları üçün müntəzəm olaraq tərcümələr edir.

Humanitar və Tətbiqi Elmlər İnstitutunun məzunu olan Aleksey Sadıkov Moris Torez adına Moskva Dövlət Linqvistika Universitetinin (MSLU) Tərcümə fakültəsinin ingilis dili üzrə bakalavr dərəcəsini alıb.

O, Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşıdır və Dil Dəstəyi Departamentində baş məsləhətçi vəzifəsində çalışır.

Aleksey Sadıkovun peşəkar tərcümeyi-halına 2015-ci ildə ABŞ Dövlət Katibi Con Kerri ilə danışıqlar, 2012-ci ildə London sammiti, 2018-ci ildə Helsinkidə Vladimir Putin və Donald Tramp arasında onun geniş tanınmasına səbəb olan tarixi sammit və sonrakı Amerika nümayəndə heyətləri ilə böyük görüşlər və danışıqlar daxildir.

O, həmçinin Putini 2025-ci ildə Ankoric sammitində müşayiət edib

Rəylər (0)

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.

Rəy yaz

Web hosting by Somee.com