19 noyabr 2026, cümə axşamı ☁️ +10°C Naxçıvan · Buludlu
Xəbər Portalı
Son xəbər
07:44PARŞ: "Azərbaycan yerli və regional səviyyədə sosial dialoqun təşkilində öncül ölkələrdəndir" 07:40Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq 07:36Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib 05:38Gözəllik salonu açmaq istəyənləri aldatdı - 540 minlik dələduzluq 17:27Azərbaycan şikrəti "Ermitaj"ın sahibi oldu 11:02Qardaşlığı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları 11:0023 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar 10:11Mərkəzi Bankın keçmiş binasının yeni icarədarı bilindi 09:54Şimali Koreya hakimiyyəti Trampın məktublarını qəbul etməyib 18:51Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər – Onların acı taleyi 07:44PARŞ: "Azərbaycan yerli və regional səviyyədə sosial dialoqun təşkilində öncül ölkələrdəndir" 07:40Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq 07:36Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib 05:38Gözəllik salonu açmaq istəyənləri aldatdı - 540 minlik dələduzluq 17:27Azərbaycan şikrəti "Ermitaj"ın sahibi oldu 11:02Qardaşlığı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları 11:0023 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar 10:11Mərkəzi Bankın keçmiş binasının yeni icarədarı bilindi 09:54Şimali Koreya hakimiyyəti Trampın məktublarını qəbul etməyib 18:51Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər – Onların acı taleyi
Ana səhifə › Siyasət
Siyasət

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.

Oxu.az xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilinin ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyi qeyd olundu.

Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazir İrakli Kobaxidzeyə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etməsindən məmnunluq bildirildi.

Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.

Söhbət zamanı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunuldu, ticarət dövriyyəsinin artırılması, bağlantılar, enerji, sərmayələr və digər istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Rəylər (0)

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.

Rəy yaz

Web hosting by Somee.com