Xaçmazda ölümlə nəticələnən ağır qəzada yaralananların vəziyyətləri məlum oldu

Xaçmazda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən məlumat verilib.
Bildirilib ki, Xaçmaz-Yalama yolunda baş verən qəzada xəsarət alan 3 nəfər (kişi) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
1992-ci il təvəllüdlü şəxs yazılı iltizamnamə əsasında stasionar tibbi xidmətdən imtina edib.
Xəsarət alan digər iki şəxsə isə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıblar".
Rəylər (0)
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.