19 noyabr 2026, cümə axşamı ☁️ +10°C Naxçıvan · Buludlu
Xəbər Portalı
Son xəbər
07:44PARŞ: "Azərbaycan yerli və regional səviyyədə sosial dialoqun təşkilində öncül ölkələrdəndir" 07:40Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq 07:36Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib 05:38Gözəllik salonu açmaq istəyənləri aldatdı - 540 minlik dələduzluq 17:27Azərbaycan şikrəti "Ermitaj"ın sahibi oldu 11:02Qardaşlığı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları 11:0023 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar 10:11Mərkəzi Bankın keçmiş binasının yeni icarədarı bilindi 09:54Şimali Koreya hakimiyyəti Trampın məktublarını qəbul etməyib 18:51Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər – Onların acı taleyi 07:44PARŞ: "Azərbaycan yerli və regional səviyyədə sosial dialoqun təşkilində öncül ölkələrdəndir" 07:40Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq 07:36Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib 05:38Gözəllik salonu açmaq istəyənləri aldatdı - 540 minlik dələduzluq 17:27Azərbaycan şikrəti "Ermitaj"ın sahibi oldu 11:02Qardaşlığı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları 11:0023 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar 10:11Mərkəzi Bankın keçmiş binasının yeni icarədarı bilindi 09:54Şimali Koreya hakimiyyəti Trampın məktublarını qəbul etməyib 18:51Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər – Onların acı taleyi
Ana səhifə › Cəmiyyət
Cəmiyyət

Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir

Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir.

Oxu.Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası"nda dəyişiklik edib.

Qaydaya əsasən, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər ("Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Dəyişikliyə əsasən həmin şəxslər əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər.

Rəylər (0)

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.

Rəy yaz

Web hosting by Somee.com